Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKorporativ sosial məsuliyyət prinsipləri çərçivəsində “Azpetrol” şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi birgə xeyriyyə tədbiri keçirib.
Ramazan bayramı ərəfəsində şirkət tərəfindən Sumqayıt şəhərində yaşayan 70 aztəminatlı ailəyə ərzaq yardımı edilib. Yardımlar Agentliyin Abşeron-Xızı Regional Məşğulluq filialının əməkdaşları ilə birgə həmin ailələrin ünvanlarına aparılaraq çatdırılıb.