Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “Azəripək” MMC-nin nümayəndələri ilə görüş olub.
Görüşdə Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və aktiv layihələr barədə məlumat verilib. Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, məqsədli proqramlar, peşə hazırlığı və peşəyönümü məsləhəti, özünüməşğulluq proqramının əhəmiyyətindən danışılıb. İki qurum arasında sosial tərəfdaşlıq çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüləcək işlər, planlaşdırılan layihələr müzakirə edilib.
Daha sonra “Azəripək” MMC-yə ölkədə işsiz və işaxtaran şəxslərin işlə təmin olunmasında fəal iştirakına və məşğulluq tədbirlərinin icrasına verdiyi töhfələrə görə sertifikat təqdim edilib.