Göyçay Peşə Hazırlığı Mərkəzi Avropa Təlim Fondunun layihəsinə qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Avropa Təlim Fondunun (ATF) dəstəyi ilə həyata keçirilən “Nümunəvi Peşə Sahibkarlıq Mərkəzləri” layihəsinə qoşulub.

 

Bu məqsədlə keçirilən onlayn görüşdə Avropa Təlim Fondunun və CARDET təşkilatının ekspertləri qiymətləndirmədən sonra Göyçay Peşə Hazırlığı Mərkəzinin layihəyə rəsmi qoşulmasına dair qərar veriblər.

 

Layihə seçilmiş Peşə Mərkəzlərinin bilik, təcrübə mübadiləsini, layihələrdə iştirakını və seçilmiş ölkələrlə əməkdaşlığını nəzərdə tutur. Həmçinin, layihə çərçivəsində Peşə Mərkəzlərinin təşkilati idarəetmə bacarıqları, öyrətmə və öyrənmə prosesləri, məhsullar və xidmətlər, ümumi ekosistemlə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Layihədə Göyçay Peşə Hazırlığı Mərkəzi ilə yanaşı, İspaniya, Gürcüstan, Mərakeş, Tunis və Moldovanın aidiyyəti qurumları təmsil olunur.