Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduHəssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə icra edilən Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində panel görüş keçirilib. Görüşdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edib.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr barədə məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi "AMAL" layihəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də dəstək verir.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli müasir dövrdə əmək bazarının transformasiyaya uğradığını, strukturunun dəyişdiyini, fermerlərin bu çağırışlara uyğunlaşmasının zəruri olduğunu vurğulayıb. Kənd təsərrüfatı sahəsinin əmək tutumlu sahə olduğunu deyən M.Abbasbəyli aqrar sektorda belə layihələrin davamlı icrasının zəruri olduğunu qeyd edib.
Görüş panel müzakirələrlə davam etdirilib.