"Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına start verilib.

 

HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində baş tutan təlimlərdə müdavimlərə günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılanacaq.

 

Tədris planı, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirlərin və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edir.

 

Peşə hazırlığı dövründə müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.