Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann ilə görüşüb.

 

Görüşdə ilk olaraq AHK Azərbaycan nümayəndələrinə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, aktiv məşğulluq tədbirləri, həyata keçirilən yeniliklər və islahatlarla bağlı məlumat verilib. Birgə əməkdaşlıq imkanları müzakirə edilib.

 

Eyni zamanda AHK Azərbaycanın fəaliyyəti və bu qurumun Peşə Təhsili sahəsində gördüyü işlər təqdim edilib. Bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 140-dan artıq üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.

 

Görüşdə iki qurum arasında peşə hazırlığı istiqamətində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub və ilkin razılığa gəlinib.

 

 

 

alt text