Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən Ağstafa şəhərində əmək yarmarkası təşkil olunub.
Qazax və Ağstafa rayonlarında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə təşkil edilən yarmarkada 16 dövlət müəssisəsi və özəl şirkət tərəfindən ümumilikdə 250-ə yaxın vakansiya təqdim edilib. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun müxtəlif sahələri əhatə edib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, vakansiya tələblərinə uyğun namizədlər növbəti mərhələyə dəvət edilib.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən müvafiq layihələrə müraciət etmək istəyən şəxslərin qeydiyyatı aparılıb.
Əmək yarmarkasında əlilliyi olan yeniyetmələrin əl işlərinin satış-sərgisi də təşkil edilib.