Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Hollandiyanın Amsterdam şəhərində International Conferences & Training Kft tərəfindən həyata keçirilən 5-ci Beynəlxalq İnsan Resursları Forumunda iştirak edib.
Forumda insan resurslarında yeni era, ən son tendensiyalar və texnoloji yeniliklər, hibrid və uzaqdan idarə olunan komandalara keçid, öyrənmə və inkişaf üzrə yol xəritəsi, istedadların cəlb olunması, işçilərin psixoloji sağlamlığı, çevik insan resursları, işçi qüvvəsinin təkmilləşdirilməsi və bacarıqların yenilənməsi kimi mövzular müzakirə olunub.
Agentliyin nümayəndə heyəti panel müzakirələrə qatılıb, Forumda iştirak edən digər ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparıb.