Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq münasibətlərini daha da genişləndirir. Bu məqsədlə Agentliyin nümayəndə heyəti Estoniyaya səfər edib.
Səfər çərçivəsində işsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirləri, özünüməşğulluq və sosial biznes layihələri barədə müzakirələr aparılıb. Qarşılıqlı təcrübələr əsasında yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Tallin Regional İnkişaf Mərkəzinə və Karyera Mərkəzinə də baş çəkiblər. Burada özünüməşğulluq proqramının benefisiarlarına yönələn dəstək tədbirləri, karyera məsləhəti xidməti barədə yerli praktika ilə tanış olublar. Həmçinin Agentliyin əməkdaşları Fondun Müştəri Bürosunda vətəndaşların qəbulu prosesini də izləyiblər.
Qeyd edək ki, səfər Estoniyanın İşsizlikdən Sığorta Fondu arasında imzalanan Fəaliyyət Planı çərçivəsində baş tutub.