Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək

12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Sabirabad rayonunda vətəndaş qəbulu keçiriləcəkdir.

 

Qəbulda Sabirabad və Saatlı rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaqdır.

 

Qəbula yazılmaq üçün Sabirabad və Saatlı rayon sakinləri  7 mart 2025-ci il saat 14:00-dək (+99455 514-26-66; 021 235-52-81) telefon nömrələrinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcəkdir.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəkdirlər.

 

Qəbul 12 mart 2025-ci il saat 11:00-dan  etibarən Sabirabad şəhəri, Heydər Əliyev prospekti 128 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcəkdir.