Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kollektiv yürüş ediblər.
Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti və əməkdaşlarından ibarət 34 nəfərin bələdçilərin müşayiəti ilə iştirak etdiyi yürüş əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.
Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları “Qızıl Qaya” massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Heydər Əliyevin xatirəsini yad edib.