Agentlik sədri Tovuzda şəhid Kənan Nəsibovun ailəsi ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Tovuz rayonunda şəhid Kənan Nəsibovun ailəsi ilə görüşüb. Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədə göstərdiyi şücaətlərindən bəhs olunub.

 

K.Nəsibov Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinin yaşayışı ilə tanış olub. Bildirib ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır və onların sosial təminatı diqqət mərkəzində saxlanılacaq.