Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid Toğrul Bərxudarovun uşaqları Əli və Güllü ilə görüşüb.
Uşaqlar Dövlət Məşğulluq Agentliyində olub, qurumun kollektivi və iş prosesi ilə tanış olublar.
Mustafa Abbasbəyli Əli və Güllünün timsalında bütün uşaqları bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib. Qeyd edib ki, uşaqlar, şəhid ailələrinin üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Uşaq hüquqlarının müdafiəsi ölkəmizdə aparılan siyasətin prioritet istiqamətlərindən biridir.
Agentlik sədri uşaqları maraqlandıran sualları cavablandırıb.