Agentlik sədri Mingəçevirdə şəhid ailəsi ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli şəhid Tərlan Rzayevin ailəsi ilə görüşüb.

 

Tərlan Rzayev Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısı alınarkən şəhid olub.

 

Mingəçevir şəhərində yaşayan ailə ilə görüşdə Tərlan Rzayevin şərəfli döyüş yolundan danışılıb, şəhidimizin xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.

 

Agentlik sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinin yaşayışı ilə tanış olub. Görüşdə şəhid ailələri ilə bağlı sosial dəstək tədbirlərindən, eləcə də onların məşğuluq məsələlərinin həlli üçün görülən işlərdən  bəhs olunub.

 

Bildirilib ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır və şəhid Tərlan Rzayevin ailəsinin sosial təminatı bundan sonra da daim diqqət mərkəzində saxlanacaq.