Agentlik sədri Gəncə şəhərində vətəndaşları qəbul edəcək

24 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Gəncə şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Gəncə şəhər sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Gəncə şəhər sakinləri  20 noyabr 2025-ci il saat 14:00-dək 099-998-09-99 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.

 

Qəbul 24 noyabr  2025-ci il saat 11:00-dan etibarən Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında keçiriləcək.