Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Göyçayda vətəndaşları qəbul edib.
Qəbulda Mingəçevir və Yevlax şəhərləri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayonlarından ümumilikdə 23 vətəndaş iştirak edib.
Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 10 iyun 2022-ci il tarixdə Ağdamda baş tutacaq. Qəbulda Ağdam, Bərdə, Tərtər, Xocalı, Xocavənd, Ağcabədi, Şuşa, Xankəndi və Füzuli rayonlarının sakinləri iştirak edə bilərlər.