Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin Biləsuvar rayonunda vətəndaş qəbulu baş tutub.
Qəbuldan öncə Agentlik sədri Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu və Məmmədov Məhəmməd Bilal oğlunun yas mərasimində iştirak edib, ailəyə başsağlığı verilib. Hər iki şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanılıb.
M,Abbasbəyli daha sonra Biləsuvardan olan vətəndaşların müraciətlərini dinləyib. Ümumilikdə 23 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.