Agentlik sədri Beyləqanda vətəndaşların müraciətlərini cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Beyləqan rayonunda vətəndaş qəbulu baş tutub.

 

Qəbulda Beyləqan rayonundan olan vətəndaşlar iştirak edib. Ümumilikdə 23 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 16 sentyabr 2022-ci il tarixdə Biləsuvar şəhərində baş tutacaq. Qəbula yazılmaq istəyən şəxslər 13 sentyabr saat 14:00-dək 055 900-18-36 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.