Agentlik sədri Ağstafada vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin növbəti vətəndaş qəbulu keçirilib.

 

Ağstafa rayonunda baş tutan qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.

 

Mustafa Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, suallarını cavablandırıb və müraciətlərin həlli istiqamətində işlərə başlanılıb.

 

Agentlik sədri daha sonra qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun yas mərasimində iştirak edib, ailəyə başsağlığı verilib. Şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanılıb.