Agentlik ötən il 9 beynəlxalq, 1 yerli mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ötən il rəqəmsal layihələri, icra olunan layihələr və digər istiqamətlər üzrə dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrində fərqlənərək 9 beynəlxalq mükafata layiq görülüb.

 

Həmin mükafatlar:

 

-Böyük Britaniyanın nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatının "Rəqəmsal texnologiya və məlumat analizindən ən yaxşı istifadə və innovasiya" nominasiyaları üzrə Mükəmməllik Sertifikatı;

-ABŞ-nin nüfuzlu Communitas beynəlxalq təşkilatı tərəfindən “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə beynəlxalq mükafat;

-“Məşğulluğa Dəstək Layihəsi”nin uğurlu icrası ilə bağlı Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin mükafatı;

-ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində Qlobal Tanınma Mükafatı; (“Global Recognition Awards”)

-“Global Brands Awards” beynəlxalq müsabiqəsinin 3 kateqoriya üzrə mükafatı:

  • “Aparıcı Dövlət Məşğulluq Agentliyi” kateqoriyası;
  • “Ən Yaxşı Məşğulluğa Dəstək Agentliyi” kateqoriyası;
  • “İşçi Qüvvəsinin İnkişafında Mükəmməllik” kateqoriyası;

-“Asia Awards” beynəlxalq müsabiqəsinin 2 kateqoriya üzrə mükafatı:

  • Asiyanın Dövlət Xidməti üzrə Mükəmməlliyi Mükafatı;
  • Asiyanın İlin Ən Yaxşı Kouçinq İnstitutu;

 

Qeyd edək ki, Agentlik təkcə beynəlxalq deyil, eyni zamanda milli müsabiqədə də fərqlənib. Belə ki, Agentliyinin rəsmi Instagram hesabı “NETTY 2024” Milli İnternet Mükafatı müsabiqəsində “Dövlət və elektron hökümət” nominasiyasında sosial kanallar və səhifələr üzrə qalib olub.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz