Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Açıq qapı günü" təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Al Market" MMC ilə birgə "Açıq qapı günü" təşkil olunub.

 

Tədbirdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev və digər qonaqlar iştirak edib.

 

M.Abbasbəyli tədbir iştirakçılarına Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün həyata keçirilən tədbirlər barədə nəlumat verib.

 

"Açıq qapı günü" tədbirində işsiz və işaxtaran şəxslərə Yasamal rayonunda fəaliyyət göstərən və yeni fəaliyyətə başlayacaq 25 mağazaya müdir müavini və satıcı vakansiyaları təqdim edilib.

 

Vakansiyalara ümumilikdə 132 işsiz və işaxtaran şəxs müraciət edib, onlardan 76 nəfərin CV-si şirkət tərəfindən qəbul olunub və ilkin mərhələdə 29 namizəd işlə təmin olunub.