Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşlarla görüşərək onların məşğulluq məsələləri ilə bağlı müraciətlərini cavablandırıb.
Budəfəki qəbulda 1, 3, 4, və 8 saylı Ərazi məşğulluq filialları üzrə vətəndaşlar iştirak edib.
Müraciətlər əsasən iş ilə təminat, peşə hazırlığı kursları barədə məlumat, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminat məsələləri ilə bağlı olub. Görüşdə vətəndaşların sualları cavablandırılıb, araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı aidiyyatı üzrə göstərişlər verilib.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti tərəfindən ümumilikdə 75 onlayn vətəndaş qəbulu keçirilib. Həmin qəbullarda 404 vətəndaş iştirak edib.