Gəncə şəhəri və ətraf rayonlarda 74 nəfər özünüməşğulluq proqramı iştirakçısına aktivlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi davam edir.

 

Gəncə şəhəri və ətraf rayonlarda özünüməşğulluq proqramı iştirakçılarından daha 74 nəfəri seçdikləri biznes istiqamətlərinə uyğun aktivlərlə təmin olunub.

 

Beləliklə, həmin bölgədə bu ilin əvvəlindən aktivlərlə təmin edilən şəxslərin sayı artıq 400-ə çatıb.

 

Onlar verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini (döşəmə və parket cilalanması xidməti, PVC qapı və pəncərə hazırlanması sexi, un məmulatları istehsalı, dəmirçi sexi, qadın gözəllik salonu və s.) yaradıblar.

 

Ümumilikdə cari ilin I rübü ərzində Agentlik tərəfindən 4,1 min nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslər əvvəlcə təlimlərə qatılır, qiymətləndirmədən keçir və aktivlərlə təmin olunurlar.