Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAvqust ayında Gəncə Peşə Hazırlığı Mərkəzində Özünüməşğulluq proqramına qatılan 400 nəfərə yaxın işsiz vətəndaş peşə təlimlərinə cəlb edilib.
Təlimlərdə kənd təsərrüfatı (maldarçılıq təsərrüfatı, qoyunçuluq təsərrüfatı, keçiçilik, arıçılıq) eləcə də istehsal və xidmət (kiçik dərzi sexi, qadın gözəllik salonu, kişi bərbərxanası, avtoçilingər, avtotəmizləmə xidməti, PVC qapı və pəncərə istehsalı, dəmirçi sexi) sahələri üzrə öz kiçik bizneslərini qurmaq istəyən şəxslərə həmin sahələrlə bağlı nəzəri məlumatlar verilib.
Qeyd edək ki, təlimlər başa çatdıqdan sonra seçdiyi istiqamət üzrə öz biznes planını uğurla müdafiə edən şəxslər Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq aktivlərlə təmin ediləcəklər.