4 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin birinci rübü ərzində 4,1 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

 

Onların mühüm hisssəsi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, Vətən müharibəsi veteranlarıdır.

 

Proqrama cəlb olunan şəxslərə ilk olaraq təlimlər keçirilir. Daha sonra biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.