Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin ilin 5 ayı ərzində 32 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 14756 şəxs münasib işlərlə təmin edilib, 4697 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 1542 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Yanvar-may aylarında 10 984 şəxs isə peşəyönümü tədbirlərə cəlb olunub.