Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz və Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Quba, Şabran və Gədəbəydə “2022-ci il üzrə Ərazi Məşğulluq Proqramının icrası” mövzusunda işəgötürənlərlə görüş keçirilib.
Dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk olaraq cari il ərzində Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib.
Daha sonra isə Agentliyin fəaliyyətinin səmərəliliyinin artırılması üçün qarşıda duran məsələlər, həyata keçirilən layihələr, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışılıb. Müəssisələr aktiv məşğulluq tədbirlərinin icrasında Agentliklə əməkdaşlığa dəvət olunub. Yekunda müəssisələrin sualları cavablandırılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.