Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4010 vakansiya təqdim ediblər.
Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından artıq 1551-dən çox şəxs işlə təmin olunub.
Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.