Daha 152 işsiz şəxs peşə hazırlığı kursuna cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə hazırlığı kursuna start verilib.

 

Ümumilikdə 152 müdavimin cəlb olunduğu kurslar qənnadçı, şirniyyatçı, alətçi – çilingər, backend developer, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran və bağban sahələri üzrədir.

 

SOCAR, Bakı Tikiş Evi, Bakı Tekstil Fabriki MMC, "Azza” Cake House, Agrar Co, Qaya Safety Solutions, Anadolu Şirniyyat Evi və Cyber Security Lab ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.

 

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

 

Qetd edək ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir.