Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1330 şəxsə iş yerlərinə göndəriş verilib

Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1330-a çatıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir. Artıq proqram çərçivəsində 180 işəgötürən ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Proqramın icrası zamanı şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına, əlilliyi olan şəxslərə üstünlük verilir.

 

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.