1 il ərzində "CV yarat" platformasında 77 819 şəxs qeydiyyatdan keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan "CV yarat" platforması artıq bir ildir ki, fəaliyyətdədir.  

 

CV hazırlamaqda çətinlik çəkən vətəndaşlara dəstək məqsədilə yaradılan platforma vasitəsilə ümumilikdə 77 819 şəxs qeydiyyatdan keçib, 41 585 şəxs isə CV tərtib edib.

 

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır. İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər xanaları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.

 

Üç addım ilə öz CV-ni yarat!