“TET İnternational Development” MMC ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “TET İnternational Development” MMC-nin nümayəndələri ilə görüş olub.

 

Görüşdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, “TET İnternational Development” MMC-nin rəhbəri Taro Savada və vitse-prezidenti Namiq Ələsgərov iştirak edib.

 

Mustafa Abbasbəyli ilk olaraq qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib. Daha sonra Dövlət Məşğulluq Agentliyi və “TET İnternational Development” MMC arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Şirkətin mövcud və yeni fəaliyyətə başlayacaq fabriklərində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə birgə layihələr həyata keçirilməsi müzakirə edilib.

 

Həmçinin, şirkətin rəhbəri Taro Savada regionlarda yeni iş yerlərinin açılmasında və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.