“İş Klubu 22” layihəsinə qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfindən keçirilən “İş Klubu 22” layihəsinə qeydiyyat başladı.

"İş klubu" layihəsinə məzunlar, işsiz və işaxtaranlar şəxslər müraciət edə bilərlər.

 

Layihə 2 həftə müddətində 6 dəfə olmaqla davam edəcək.


Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur.

 

Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 17 yanvar 2025-ci il

Layihənin başlama tarixi:  27 yanvar  2025-ci il
 

Qeydiyyat linki:  https://survey.sosial.gov.az/index.php/261442?lang=az

 

Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə bu layihə məhz sənin üçündür!