Bərpa olunan enerji sahəsi üzrə kursların təşkili üçün peşə hazırlığı müəssisələrinin qeydiyyatı başladı

Dövlət Məşğulluq Agentliyi bərpa olunan enerji sahəsi üzrə peşə hazırlığı müəssisələrini kursların təşkili üçün əməkdaşlığa dəvət edir.


Məqsədimiz əmək bazarının aktual tələblərinə uyğun bilik və bacarıqlara sahib ixtisaslı kadrlar hazırlamaq və vətəndaşların məşğulluq imkanlarını artırmaqdır .
 

Əməkdaşlıq istiqamətləri:

  • Alternativ enerji qurğu və avadanlıqlarının istismarı
  • Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı
  • Külək turbinlərinin quraşdırıcısı

 

Əgər siz də peşə hazırlığı müəssisəsi olaraq fəaliyyət göstərirsinizsə, bərpa olunan enerji sahəsi üzrə mütəxəssislərin yetişdirilməsinə və enerji sahəsinin gələcəyinə dəstək olun!
 

Peşə hazırlığının təşkilində iştirak etmək istəyən müəssisələr hər ayın ilk 10 günü aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

 

https://dma.gov.az/muessiselerin-muraciet-formasi