Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİşəgötürənlərin nəzərinə
Bu iş yerlərində məşğulluğu təmin edilən şəxslərin əməkhaqları işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramına başlayıb.
Proqram sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun artırılması məqsədilə kvotadan əlavə iş yerləri yaratmaq istəyən işəgötürənlər üçün nəzərdə tutulub.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər sırasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər aiddir.
Kvotadan əlavə yaradılan iş yerlərinə Agentliyin yerli qurumlarının və ya DOST mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş və azı iki illik müddətə əmək müqaviləsi bağlanmış işçilərin əməkhaqqı işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək.
Proqramda bütün mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar (“Kvota şamil edilməyən müəssisələrin siyahısı”na daxil olanlar istisna olunmaqla) müraciət edə bilərlər.
Kvotadan əlavə iş yerlərinə dair tələblər:
https://survey.sosial.gov.az/index.php/969263?lang=az
Müraciətlərə 15 iş günü ərzində baxılaraq qərar qəbul ediləcək.