Agentliyin İdarə Heyətinin sədri Ucar rayonunda vətəndaşları qəbul edəcək

31 oktyabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Ucar rayonunda vətəndaş qəbulu keçiriləcəkdir.

 

Qəbulda Ucar və Kürdəmir rayon sakinləri işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər məsələlərlə bağlı müraciətlər cavablandırılacaqdır.

 

Qəbula yazılmaq üçün Ucar və Kürdəmir rayon sakinləri 25 oktyabr 2024-cü il saat 14:00-dək 020 255-32-36; 012 596-43-05; telefon nömrələrinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcəkdir.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəkdir.

 

Qəbul 31 oktyabr 2024-cü il saat 11:00-dan etibarən Ucar şəhəri, Heydər Əliyev prospekti 419 ünvanında yerləşən Gənclər Evinin inzibati binasında keçiriləcəkdir.