Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduMəşğulluq xəritəsi ölkə üzrə sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını müşahidə etmək, müxtəlif məşğulluq proqramlarının hazırlanmasını və onların icrasının daha da təkmilləşdirilməsi məqsədilə hazırlanır. Belə ki, xəritə üzrə dolğun məlumatlar müxtəlif elektron informasiya sistemlərindən bir neçə məlumat mənbələri əsasında formalaşdırılır. Bu məlumatlar əmək bazarı və iqtisadi məlumatları özündə əks etdirir.
Əmək bazarı üzrə məlumatlar işsiz və işaxtaran şəxslər və onların strukturu, məşğul əhali və onun strukturu, əmək resursları, əmək və kadr ehtiyatı balansları, cari əmək tutumu, muzdla işləyənlər və onların strukturu, torpaq pay mülkiyyətçiləri və onların sektorial bölgüsü, peşələrin atlası və işəgötürənlər, fərdi sahibkarlar, onların ərazi üzrə mövcud vakansiyalarını əhatə edir.
İqtisadi məlumatlar isə inzibati ərazi bölgüsü (şəhər, rayon, qəsəbə, kənd), iqtisadi rayonlaşma və ərazi məşğulluq proqramlarının icra vəziyyətinə dair məlumatları əhatə edir.
Bununla da, ölkədə işləmək, məşğul olmaq istəyən hər kəs özünə maraqlı olan ərazi - şəhər, rayon və hətta qəsəbə üzrə ən son tarixə iş imkanları ilə tanış olub öz işini, öz məşğuliyyətini həmin ərazidə qura biləcək.