İdarə Heyəti sədrinin müavini

Muxtarlı Nihad Hafiz oğlu

6 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Nihad Hafiz oğlu Muxtarlı 1990-cı il mart ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.


2007-ci ildə Respublika 289 saylı “Zəngi” liseyindən məzun olub.


2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.


2011-2012-ci illərdə Şimali Kipr Doğu Akdeniz Universitentindıə İngilis dili dəstək proqramı alıb.

 

2012-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin İzmir Ekonomi Universitentində "Master of Business Administration" ixtisası üzrə ingilis dilində magistratura pilləsində ali təhsil alıb.

 

2014-2017-ci illərdə Qərbi Kaspi Univesitetində aspirant olaraq təhsil almışdır. 2018-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsini alıb.


2009-2011-ci illərdə özəl müəssisələrdə müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlayıb.


2015-ci ildə “Retro Holding” MMC-də baş mühasib köməkçisi vəzifəsində çalışıb. 


2015-2018-ci illərdə “Retro Holding” MMC-də Şirvan sement zavodunda Direktor vəzifəsində çalışıb.


2018-2020-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında müşavir vəzifəsində çalışıb.

 

06 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 1 övladı var.

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: nihad.mukhtarli@sosial.gov.az