İdarə Heyəti sədrinin müavini

Abbasov Hasil Vasif oğlu

1 Oktyabr 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Hasil Vasif oğlu Abbasov 1985-ci ildə Laçın şəhərində anadan olub.

 

2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsil alıb.

 

2008-2010-cu illərdə təhsilinin magistr pilləsini Avstraliyanın Sidney şəhərində yerləşən Makquari Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib.

 

2012-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə işləyib.

 

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlil və strateji planlaşdırma şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

 

2022-ci ildə Asan İnnovativ İnkişaf Mərkəzinin direktoru olub.

 

2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

 

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: hasil.v.abbasov@sosial.gov.az