İdarə və təşkilatlarla yeni layihələrin icrası və əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qobustan şəhərində idarə, müəssisə və təşkilatların iştirakı ilə görüş keçirilib.

 

Görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, proqram və layihələri barədə ətraflı məlumat verilib, mövcud vakansiyaların vakansiya bankına yerləşdirilmə qaydaları və vacibliyi müzakirə edilib.

 

Tərəfdaşlarla münasibətlərin qurulması məqsədilə digər bir görüş Göyçay Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil edilib. Mingəçevir şəhəri, Göyçay, Zərdab, Ağdaş, Beyləqan, Kürdəmir, İsmayıllı, Qobustan və  Sabirabad rayonları üzrə Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri ilə keçirilən görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

 

Görüşdə xüsusilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzləri üçün İT, xidmət, sənaye və tikinti sahələri üzrə peşə hazırlığı kurslarının təşkil edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Daha sonra suallar cavablandırılıb və təkliflər müzakirə edilib.