Bakıda keçirilən əmək yarmarkalarında 120-dən çox vakansiya təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları Bakı şəhərində təşkil edilib.

 

Bakı Regional Məşğulluq filialı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilən aktiv məşğulluq tədbirində 7 müəssisə iştirak edib və 91 vakansiya təqdim edilib.

 

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Daha bir yarmarka isə Bakı Regional Məşğulluq filialı və “AL Market” MMC-nin  birgə təşkilatçılığı ilə baş tutub. Məşğulluq tədbirində “AL Market” MMC tərəfindən 30 vakansiya  təqdim olunub.

 

Hər iki yarmarkalarda  işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.