Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Daşkəsən rayonunda əmək yarmarkası təşkil olunub.
Yarmarkada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak edərək işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Agentlik tərəfindən işsiz və işaxtaran şəxslər üçün daha çox məşğulluq imkanlarının yaradılması məqsədilə sosial tərəfdaşlarla əməkdaşlıq edildiyi, əmək yarmarkalarının keçirilməsinin də bu istiqamətində atılan mühüm addımlardan biri olduğu bildirilib.
Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 25 işəgötürən tərəfindən müxtəlif fəaliyyət sahələri üzrə 200-ə yaxın vakansiya təqdim olunub.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bundan başqa tədbirə qatılan şəxslər Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən həyata keçirilən peşə kursları barədə də məlumat əldə ediblər.