Xızı və Sabirabadda keçirilmiş yarmarkalarda 134 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Xızı və Sabirabad rayonlarında əmək yarmarkaları keçirilib.   


Agentliyin Abşeron-Xızı və Mil-Muğan Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə dövlət və özəl sektoru təmsil edən 23 işəgötürən 134 vakansiya təqdim edib.


Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi Sabirabadda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.