Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Zəfər Günü münasibətilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib.


Aksiyada Agentliyin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov və qurumun 60-a yaxın əməkdaşı iştirak edib. Ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 250 Eldar şamı və zeytun ağacı əkilib. 


Aksiyanın əsas məqsədi 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri bizə yaşadan qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, eyni zamanda ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək olub.