Xankəndi və Şuşada “Azəriqaz” İB ilə birgə əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirəcək.

 

Yarmarkalar:

 

  • Xankəndidə martın 11-də saat 10:00-da Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47),

 

  • Şuşada isə martın 12-də saat 10:00-da Dövlət Xidmətləri Mərkəzinin inzibati binasında, (Şuşa şəhəri, Zəfər küçəsi, 3)

 

təşkil olunacaq.

 

Tədbirlərdə “Azəriqaz” İB-nin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim ediləcək.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz