“Xaçmaz KOB evi”ndə məşğulluqla bağlı yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsini istifadəyə verib.

 

Burada vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, həmçinin peşə hazırlığına cəlbolunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkili, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi xidmətlər həyata keçirilir.

 

Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər həftə içi hər gün 09:00-dan 18:00-dək Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında yerləşən “Xaçmaz KOB evi”ndə fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin xidmət pəncərəsinə müraciət edə bilərlər.