Vətəndaşların müraciətləri qeydiyyata alınaraq həlli üçün aidiyyəti üzrə tapşırıq verildi

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə 1, 4 və 7 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə vətəndaşları onlayn qaydada qəbul edib.

 

Vətəndaşların müraciətləri əsasən iş ilə bağlı olub. M.Abbasbəyli onların hər birini dinləyib, “vakansiya bankı”na işəgötürənlər tərəfindən təqdim edilən vakansiyalar və əmək bazarının tələbləri ilə bağlı məlumat verib.

 

Qəbulda iştirak edən vətəndaşların iş ilə bağlı müraciətlərinin həlli üçün müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə tapşırıqlar verilib.

 

alt text