Vətəndaş cəmiyyəti institutları ilə korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində görüş keçirilib.

Görüşdə Agentliyinin müvafiq bölmələrinin rəhbərləri, həmçinin Nazirlik yanında İctimai Şuranın üzvləri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr, bu istiqamətdə görülmüş işlər və qarşıda duran hədəflər nəzərdən keçirilib.

Müzakirələr zamanı vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, eləcə də İctimai Şura institutlarının fəaliyyətinin səmərəliliyinin artırılması yolları müzakirə edilib.

Daha sonra QHT nümayəndələrinin məşğulluq tədbirləri ilə bağlı təklifləri dinlənib, onların sualları cavablandırılıb.