Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Türkiyədə təşkil edilən təlimdə iştirak edib.
Sosial sahibkarlığın təşviqi mövzusunda keçirilən təlimdə bu sahədə Türkiyə təcrübəsi öyrənilib.
Səfər çərçivəsində eyni zamanda Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi, Ankara və İzmir şəhərlərində sosial sahibkarlıq istiqamətində fəaliyyət göstərən təşkilatlar, startap ofisləri və yaradıcılıq mərkəzləri ilə tanışlıq olub. Bundan başqa Türkiyənin qabaqcıl sosial müəssisələri və qurumları ilə görüşlər keçirilib.
Keçirilən görüşlərdə Azərbaycan və Türkiyə arasında sosial sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.