Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖzünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən “Sosial bağlar” layihəsinə ötən aydan başlanan müraciətlərin qəbulu iyun ayı ərzində də davam edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə bu il 300 nəfərin cəlb olunması nəzərdə tutulub.
Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Astara, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəmkir, Xaçmaz, Zaqatala) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.
Layihə çərçivəsində vətəndaşlar üçün dövlət dəstəyi ilə biznes istiqamətli bağçılıq təsərrüfatları yaradılır, eləcə də belə təsərrüfatların genişləndirilməsi təmin olunur.
Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:
Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürülür.
Şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə layihəyə cəlb olunmaqda üstünlük verilir. Proqrama http://bit.ly/MesgullugLayiheler linkinə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.
Son müraciət tarixi 20 sentyabrdır.